Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 11:35

Ukrayna son kiberhücuma görə Rusiyanı günahlandırır


Ukraynanın təhlükəsizlik xidməti bildirir ki, bu günlərdə Ukraynaya edilmiş kiberhücumun arxasında Rusiyanın təhlükəsizlik xidməti durur.

İyulun 1-də Təhlükəsizlik xidmətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, iyunun 27-də Ukraynadan başlayaraq dünyaya yayılan kiberhucumlarda məqsəd vacib məlumatları məhv etmək və təlaş yaymaqdır.

Təhlükəsizlik xidməti hesab edir ki, bu hücumu 2016-cı ilin dekabrında Ukraynanın enerji şəbəkəsinə hücum edən hakerlər törədib.

Kreml ittihamı rədd edir.

Qeyd edək ki, iyunun 27-də Ukrayna və Rusiya da daxil olmaqla, bir çox dünya ölkələrinıə kütləvi kiberhücumlar edilib.

Buna da bax: "Ukrayna və başqa ölkələrə 'misli görünməmiş' kiberhücum edilib"

Günün bütün mövzuları

XS
SM
MD
LG