Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 09:41

İyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazriliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə yarımdada 21-25°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 22-24° , gündüz 33-35° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə bəzi dağlıq ərazilərdə şimşək çaxa, qısamüddətli yağış yağa bilər.

Gecə 21-26° , gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, iyulun 3-dən 6-dək Bakı və Abşeron yarımadasında 33-37°, bəzi yerlərdə isə 39° isti ola bilər.

İyulun 3-dən 7-dək bəzi rayonlarda isə 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG