Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:13

Rəqəmsal Ticarət Qovşağının işə düşməsi yubanır


Foto illüstrasiya

«Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) 2017-ci ilin sonuna kimi tam işə düşəcək».

Bunu iyunun 30-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

O deyib ki, Ticarət Qovşağının yaradılması nəzərdə tutulandan çox vaxt aparıb.

V.Qasımlının bildirməsinə görə, qovşaq vasitəsilə qeyri-rezidentlərə mobil rəqəmli imza verilməsi qaydaya salınacaq.

«Bu, onlara şirkət, bank hesabı açmaq, işçi götürmək və azad etmək, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək», - deyə o vurğulayıb.

Onun deməsinə görə, hazırda Avropa Birliyi, ABŞ, Ukrayna, Rusiya, Çin və başqa ölkələrlə elektron imzaların tanınması üzrə danışıqlar aparılır.

V.Qasımlı əlavə edib ki, Rəqəmsal Ticarət Qovşağı çərçivəsində fəaliyyət göstərəcək elektron pul kisəsi və elektron imza sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.

XATIRLATMA

Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı bu il fevralın 23-ü fərman imzalayıb.

Sənəddə vurğulanır ki, məqsəd qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, ixrac imkanlarını genişləndirmək, rəqabət qabiliyyətini artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaqdır.

Fərmana görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 ay ərzində www.azexport.az internet portalında «Azərbaycan Rəqəmsal Ticarət Qovşağı» (Digital Trade Hub of Azerbaijan) bölməsinin yaradılmasını təmin etməli idi.

Fərmanda bəzi tədbirlərin maliyyələşdirilməsindən ötrü mərkəzə 450 min manat ayrılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG