Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:55

İyunun 29-da UEFA Avropa Liqasında birinci təsnifat mərhələsində ilk oyunlar keçirilib. Bakının «Zirə» futbol klubunun UEFA Avropa Liqasında debütü uğurlu alınıb.

«Dalğa Arena»da keçirilən turnirin birinci təsnifat mərhələsində «Zirə» Lüksemburqun «Differdange» komandası ilə qarşılaşıb.

«Zirə» klubu doğma divarlar arasında rəqibə 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu bir həftə sonra Lüksemburqda keçiriləcək.

«İNTER» DƏ QƏLƏBƏ İLƏ BAŞLADI

Bakının «İnter» klubu isə Serbiyada yerli «Mladost» klubunun qonağı olub. Görüş Bakı təmsilçisinin səfərdə oynamasına baxmayaraq, 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında bu cavab oyunu da bir həftə sonra keçiriləcək. Bu dəfə, Bakıda «Dalğa Arena»da.

Azərbaycanı UEFA Çempionlar Liqasının təsnifat mərhələsində isə «Qarabağ» klubu təmsil etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG