Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

ABŞ BMT-ni İrana görə tənqid edir


Nikki Haley

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasını İrana qarşı heç bir addım atmadığına görə sərt tənqid edib. O, İranın qurumun qoyduğu sanksiyaları dəfələrlə və qəsdən pozduğunu bildirib.

«Təhlükəsizlik Şurası bu pozuntulara cavab verməkdən ötrü minimum addım belə ata bilməyib», – Haley iyunun 29-da Şuranın iclasında deyib.

«İrana göstərməliyik ki, onun BMT-nin qətnamələrini pozmasına dözməyəcəyik», – o, sözlərinə əlavə edib.

18 ay öncə BMT sanksiyalarından çoxu qaldırılıb. Bu, İranın nüvə proqramını məhdudlaşdırmasını nəzərdə tutan razılaşma çərçivəsində edilib. Ancaq İrana hələ də silah embarqosu və digər qadağalar qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG