Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 10:50

Trump-la Putin-in görüşəcəyi təsdiqləndi


D.Trump və V.Putin

Ağ ev ABŞ prezidenti Donald Trump ilə rusiyalı həmkarı Vladimir Putin-in ilk dəfə görüşəcəyini təsdiqləyib. Görüş gələn ay Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin sammiti çərçivəsində baş tutacaq.

Ağ evin milli təhlükəsizlik üzrə müşaviri, general H.R.McMaster iyunun 29-da jurnalistlərə deyib ki, Putin-lə görüşün konkret gündəmi yoxdur. Onun sözlərinə görə, prezidentlər nədən danışmaq istəsələr, Trump onun üstündə dayanacaq.

Sammitin iyulun 7-8-də keçiriləcəyi gözlənir. Dünyanın aparıcı dövlət və hökumət başçıları terrorçuluqla mübarizə, iqlim dəyişikliyi, azad ticarət və başqa məsələləri müzakirə edəcəklər.

Daha öncə Rusiyanın xarici işlər naziri Sergei Lavrov demişdi ki, prezidentlərin Suriya müharibəsini müzakirə etməsi çox vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG