Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:51

Trump-ın səyahət qadağasına qarşı yeni məhkəmə iddiası qaldırılıb


D.Trump

ABŞ-ın Havay ştatında Trump administrasiyasının səyahət qadağasına qarşı yeni məhkəmə iddiası qaldırılıb. İyunun 29-dan qüvvəyə minmiş qadağa altı müsəlman ölkəsindən gələnlərin Birləşmiş Ştatlara girişini yasaqlayır.

Qadağa qüvvəyə minməmişdən bir neçə dəqiqə öncə qaldırılmış iddiada qohumları Amerika vətəndaşları olanlara sərt məhdudiyyətlər sual olunur.

ABŞ Ali Məhkəməsinin bu həftə çıxardığı qərarda deyilir ki, ABŞ-da yalnız yaxın ailə üzvləri olanlar istisna hüququndan faydalana bilərlər. Nənə-babalar, xala-əmi uşaqları, nişanlılar bu kateqoriyaya salınmayıblar. Administrasiya iyunun 29-da axşam qaydaya dəyişiklik edib, Amerikada nişanlısı olanlara da viza almağa icazə verilib.

Havay ştatının baş prokurorunun qaldırdığı iddiada isə bildirilir ki, federal hökumətin çıxdaş etdiyi qohumların çoxu Havayda «yaxın ailə üzvləri» sayılır.

Səyahət qadağası Suriya, Sudan, Somali, Yəmən, İran və Liviyadan olanlara aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG