Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:29

Azərbaycan və Türkiyə kəşfiyyatçıları görüşüb


Müdafiə nazirliyi

İyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Nazirlik bildirib ki, görüşdə hərbi kəşfiyyat sahəsində birgə planlar, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Buna da bax:​ Azərbaycan-Türkiyə hərbi təlimləri davam edir

Tərəflərin iki ölkə arasında məlumat mübadiləsi, regional, kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət ayırdığı qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG