Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:07

ABŞ İmişlidə tibbi xidmətlərini təkmilləşdirir


ABŞ səfirliyi

Bu gün, iyunun 29-da Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), iqtisadiyyat, səhiyyə nazirliklərinin, yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir ki, layihəni USAID və Azərbaycan hökuməti birgə maliyyələşib. Layihəni “Şərq-Qərb İdarəetmə İnstitutu” (EWMI) icra edib.

Buna da bax:​ Uzaq qohumlar da ABŞ-a buraxılmayacaq

"ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarını ödəyəcək. Habelə, sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq", - deyə USAID-in Missiya Direktoru xanım Mikaela Meredis mərasimdə qeyd edib.

Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Şahverdililər kəndinin 1,500-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdırmalıdır.

Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 müxtəlif layihə həyata keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG