Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:33

Yerevanla Dəməşq arasında birbaşa hava reysi açılıb


Zvartnots hava limanı

İyunun 28-də Yerevanla Dəməşq arasında birbaşa hava reysi açılıb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti və “Panarmenian” saytı ölkənin mülki aviasiya xidməti idarəsinə istinadla məlumat yayıblar.

Uçuşlar həftədə bir dəfə-həftənin çərşənbə günü olacaq.

İyunun 28-də Yerevanın “Zvartnots” hava limanında keçirilən açılış mərasimində Ermənistanın Suriyadakı səfiri Arshak Poladyan, Suriyanın Ermənistandakı səlahiyyətli nümayəndəsi İssam Hayal və digər rəsmilər iştirak edib.

Ermənistanla Suriya arasında hava əlaqəsi bir neçə il əvvəl dayandırılmışdı.

Ermənistanın müdafiə naziri Vigen Sarkisiansa bu arada bildirib ki, Yerevan müəyyən şəraitdə Suriyaya hərbçi göndərə bilər.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Amma nazir qeyd edib ki, hələlik yaxın zamanlarda belə bir qərar qəbul edilməsi gözlənilmir.

Qeyd edək ki, Suriyada digər xalqlar kimi erməni icması da yaşayır.

Müharibə başlayandan bu yana Ermənistana xeyli erməni mənşəli Suriya qaçqını gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG