Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Yanukovych-in məhkəməsi keçiriləcək


V.Yanukovych

İyunun 29-da Kiyev məhkəməsi keçmiş prezident Viktor Yanukovych-ə qarşı vətənə xəyanət ittihamı üzrə iclas keçirəcək.

İyunun 26-da hakim Vladyslav Devyatko prosesi ertələyib, çünki Rusiyada olan Yanukovych məhkəməyə gəlməyib.

Vəkili Vitaly Serdyuk deyib ki, Yanukovych video-əlaqə vasitəsilə prosesə qatılmağa, beynəlxalq hüquq normalarına uyğun ifadə verməyə hazırdır. Serdyuk-un sözlərinə görə, Ukrayna hakimiyyəti buna şərait yaratmır.

Hazırlıq iclasında müdafiə tərəfi təkid edib ki, məhkəmə rəsmən Rusiyaya müraciət etsin və video-əlaqə yaradılsın.

Məhkəmə iddianı rədd edib, Yanukovych-in internetdə istənilən video-əlaqə vasitəsilə prosesə qatılmasının mümkünlüyünü bildirib.

Yanukovych 2014-cü ilin fevralında Rusiyaya qaçıb. Onun hökuməti Avromaydan etirazçılarını dağıtmağa çalışarkən onlarla adam həlak olub. Etirazlar keçmiş prezidentin Avropa Birliyi ilə tarixi sazişi ertələmək qərarına qarşı keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG