Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:03

Kiberhücumların əsas motivi pul olmayıb


«Petya» virusunun vurduğu kompüter

Təhqiqatçılar son qlobal hücumu kimin törətdiyini hələ bilmirlər, ancaq hücum edənlərin strategiyası göstərir ki, onların əsas motivi pul olmayıb. Bunu iyunun 29-da BVMT-nin kibercinayətlər üzrə rəsmisi deyib.

BMT-nin Kibercinayətlər üzrə Qlobal Proqramının rəhbəri Neil Walsh Vyanada söyləyib ki, bu dəfə istifadə olunan reket proqramı əvvəlki «WannaCry» kiberhücumundakından xeyli təkmil olub. Ancaq qurbanlardan fidyə yığılmasında hücum edənlər elə də bacarıqlı təsir bağışlamayıblar. Kiberhücumu gerçəkləşdirənlər kompüteri bloklanmış şəxslərdən pul istəyiblər.

Walsh deyib ki, fidyənin toplanmasından ötrü yalnız bir elektron poçt yaradılıb və provayder də iyunun 28-də həmin hesabı asanlıqla bağlaya bilib.

BMT rəsmisinin fikrincə, bu, hakerlərin kriminal təcrübəsinin az olduğunu, əməliyyatın ya dövlət, ya da həvəskar səviyyədə aparıldığını göstərir.

«Bunu zirzəmidə oturmuş bir uşaq da edə bilərdi… bir dövlət də», – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG