Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:47

96 yaşlı veteran vətənə xəyanətə görə yubiley medalını qaytardı


Foto arxiv

Adıgeydə İkinci dünya müharibəsi veteranı Ali Kunov vətənə xəyanət barədə məlumatdan sonara yubiley medalını geri qaytarıb.

Bu medal ona qələbənin 70 illiyi münasibəti ilə verilibmiş.

Kavkazr.com saytının məlumatına görə, Krasnodar diyarı Federal Təhlükəsizlik Xidməti təltifdən sonra onun alman ordusunda xidmət etməsi barədə məlumat yayıb.

Adıgey Qiaqinsk və Koşexablsk rayon hərbi komendatlığının komissarı Yuri Savelev “Kavkaz Realii” saytına məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, medalı 96 yaşlı Kunovun qohumları qaytarıb.

Yerli ictimai xadim Valeri Brinix medalın qaytarılmasını ədalətli sayır: ”O bu medala layiq deyil. Medal vətənə qarşı çıxanlara yox, onun uğrunda qan tökənlərə verilir”

Brinix qeyd edir ki, Kunov vaxtilə vətənə xəyanət ittihamı ilə mühakimə olunub və Vermaxt ordusunda xidmət etdiyini etiraf edib.

Amma Kunov və qohumları hələ ki, bu barədə sayta açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG