Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 20:29

İlham Əliyev Polşanın baş naziri ilə görüşüb


Prezident İlham Əliyev və Polşanın baş naziri Beata Shidlo. 28 iyun 2017

“Polşa Azərbaycanın regionda rolunu yüksək qiymətləndirir. Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəkləyir”.

AzərTAC-ın xəbərinə görə, Polşanın baş naziri Beata Shidlo bu ölkəyə rəsmi səfər edən Azərbaycan prezidenti İlham Əliyevlə bu gün, iyunun 28-də görüşündə belə deyib.

İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını bildirən baş nazir vurğulayıb ki, ölkəsi Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir.

Buna da bax:​ Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'

“Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur”, – baş nazir deyib.

İlham Əliyev isə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Prezident həmçinin deyib ki, Polşa ilə ticarət dövriyyəsi ölkələrin mövcud potensialını tam əks etdirmir. Onun artırılmasında Azərbaycan maraqlıdır.

Azərbaycan prezidenti İ.Əliyev iyunun 26-sı Polşaya səfər edib.

Buna da bax: Polşa-Azərbaycan biznes-forumu keçirilib

Prezident iyunun 27-də bu ölkənin dövlət başçısı Andrzej Duda ilə təkbətək görüşüb. Sonra dövlət başçıların geniş tərkibli görüşləri olub.

İki ölkə başçısı “Azərbaycanla Polşa arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” qəbul ediblər. Bundan başqa iki ölkə arasında nəqliyyat, dəmir yol sahələrində və Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

İyunun 27-si həmçinin, Varşavada Polşa –Azərbaycan biznes forumu keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG