Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

Şimşək, yağış, dolu gözlənilir


Yağış

İyunun 29-u Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 20-23, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG