Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:57

Suriyada toqquşmaların səngidiyi bildirilir


Staffan de Mistura

ABŞ, Suriya və İranın dəstəklədiyi qüvvələrin toqquşmasına baxmayaraq, Suriyada zorakılıq səngiyib.

Bunu BMT elçisi Staffan de Mistura iyunun 27-də Nyu-Yorkda jurnalistlərə söyləyib.

«Zorakılıq azalıb, bir sıra şəhərlərdə həyat nisbətən normal axına qayıdıb», – elçi söyləyib.

Mistura Rusiya, İran və Türkiyənin ötən ay təsdiqlədiyi «de-eskalasiya zonaları»nın yaradılmasını cəhdlərini alqışlayıb. Ancaq bu planın ayrıntıları, hələ ki, tam hazırlanmayıb.

«Real de-eskalasiyadan ötrü siyasi iradənin olub-olmamasının sınandığı dönəmdəyik», – Mistura deyib.

İyulun 4-5-də Astanada keçiriləcək toplantıda Rusiya, Türkiyə və İran de-eskalasiya zonalarının yaradılması üzrə detalları yekunlaşdırmağa çalışacaqlar. Toplantıya Mistura da qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG