Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:59

İran Birləşmiş Ştatları Suriyada durumu qızışdırma təhlükəsiylə bağlı suçlayıb. Daha öncə Vaşinqton xəbərdarlıq etmişdi ki, prezident Bashar al-Assad, ola bilsin, yeni kimyəvi hücuma hazırlaşır və buna görə «ağır bədəl» ödəməli olar.

«ABŞ-ın saxta bəhanəylə Suriyada durumu təhlükəli həddə qızışdırması yalnız «İslam Dövləti» (İŞİD) qruplaşmasına xidmət edər, həm də onun İraq və Suriyadan sıxışdırılıb çıxarıldığı bir məqamda», – İranın xarici işlər naziri Mohammad Javad Zarif iyunun 27-də Twitter-də yazıb.

Fransa prezidenti Emmanuel Macron da ABŞ prezidenti Donald Trump-a qoşularaq deyib ki, Suriyada yeni kimyəvi hücum törədilərsə, buna birgə cavab veriləcək. Prezidentlər iyunun 27-də telefonla danışıblar.

İran Rusiyayla birlikdə Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Kreml də Vaşinqtonun «qəbuledilməz» təhdidlərini pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG