Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:44

Polşa-Azərbaycan biznes-forumu keçirilib


Polşa-Azərbaycan biznes-forumu. 27 iyun 2017

İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes-forumu keçirilib.

AzərTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Polşa dövlət başçısı Andjey Duda biznes-forumun açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları biznes-forumda çıxış ediblər.

Buna da bax:​ Prezidentlər birgə bəyanat verib

Biznes forumda hər iki ölkənin iş adamları iştirak edib, müxtəlif sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Azərbaycan prezidenti İ.Əliyev iyunun 26-sı Polşaya səfər edib.

Prezident bu gün, iyunun 27-də bu ölkənin dövlət başçısı Andrzej Duda ilə təkbətək görüşüb. Sonra dövlət başçıların geniş tərkibli görüşləri olub.

Buna da bax:​ Azərbaycan-Bavariya biznes-forumu gözlənilir

İki ölkə başçısı “Azərbaycanla Polşa arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” qəbul ediblər. Bundan başqa iki ölkə arasında nəqliyyat, dəmir yol sahələrində və Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG