Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:55

Ağ ayı hesab edir ki, finalda Portuqali və Meksika milliləri görüşəcək


Foto arxiv

Moskva zooparkındakı Nika adlı ağ ayı futbol üzrə konfederasiya kubpkunun finalçılarını müəyyən edib.

Nikanın qənaətinə görə, iyunun 28-də Kazanda keçiriləcək Portuqaliya-Çili görüşündə Portuqaliya qalib çıxacaq.

O, məhz portuqaliya bayrağı olan qabı götürüb.

Almaniya millisi isə bir gün sonar Meksika yığması ilə qarşılaşacaq.

Şimal qütbündən olan futbol şərhçisi hesab edir ki, bu görüşdə böyük hesabla Meksika millisi qalib gələcək.

Nika Meksika bayrağı olan qaba cumub və onu hətta pəncələrinə götürüb.

Final iyulun 2-də Sankt-Peterburqda keçiriləcək.

Yetim qalan bu ağ ayını Moskva zooparkına ötən payız Çukotkadan gətiriblər.

Əgər onun seçimi futbol pərəstişkarlarını mat qoysa Nika Rusiyada keçiriləcək dünya çempionatının rəsmi bilicisinə çevriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG