Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 02:58

Kiyevdə hərbi kəşfiyyat idarıəsinin şöbə rəisi öldürüldü (VİDEO)


Kiyevdə parrtlayış
Gözlə
Embed

No media source currently available

0:00 0:00:54 0:00

Kiyevdə parrtlayış

Ukraynanın müdafiə nazirliyi Kiyevdə avtomobilin partlaması nəticəsində Baş kəşfiyyat idarəsi əməkdaşının ölməsini təsdiqləyib.

O, polkovnik Maksim Şapovaldır.

Yerli media müdafiə nazirliyindəki öz mənbələrinə istinadla Maksim Şapovalın Baş kəşfiyyat idarəsinin şöbə rəisi olduğunu yazırlar.

Partlayış anı müşahidə kameralarına da düşüb.

Kiyev milli polis idarəsinin mətbuat xidməti bundan əvvəl partlayış nəticəsində 1 nəfərin ölməsi barədə məlumat yaymışdı.

İnsident iyunun 27-də Kiyevin Solomensk küçəsində baş verib.

Ukrayna daxili işlər nazirliyinin sözçüsü Artyom Şevçenko terror aktı ilə bağlı cinayət işi açıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG