Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:19

CNN-in 3 jurnalisti istefa verdi


CNN LOGO

CNN-in, Donald Trumpın yaxın müşavirinin Rusiya ilə əlaqəsi olması barədə yalnış məlumat yayan 3 jurnalisti iyunun 26-da könüllü istefa ərizəsi veriblər.

Jurnalist araşdırmalar şöbəsinin rəhbəri Leks Xarris, yazının müəllifi Tomas Frenk və onu redəktə edən Arik Lixtblau televiziya kanalını tərk ediblər.

İyunun 22-də CNN-də peyda olan məlumatda deyilirdi ki, hələ o vaxt, ABŞ prezidenti seçilmiş Donald Trump-ın yaxın müşaviri olan Con Skaramuççi ilə Rusiya investisiya fondunun rəhbəri Kiril Dimitriev arasında məxfi görüş olub və onlar Rusiyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyünü müzakirə ediblər.

Məlumatda görüşün bu ilin yanvarında Davosda keçirilən iqtisadi forum çərçivəsində keçirildiyi iddia edilirdi.

Skaramuççi isə deyir ki, Dimitriev restoranda olarkən görüşmək üçün ona yaxınlaşıb, onların arasında qısa söhbət olub və orda sanksiyalardan söhbət belə getməyib.

CNN iyunun 24-də bu məlumatın doğru olmadığını bəyan edib və Con Skaramuççidən üzr istəyib.

Prezident Donald Trump CNN-i yanlış məlumatlar yaymaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG