Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:22

Marşrutlar əvvəlki küçələrə qayıdıblar


Formula 1 yarışları yaddaşlarda necə qaldı?
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Formula 1 yarışları yaddaşlarda necə qaldı?

Bakıda keçirilən «Formula-1» Azərbaycan Qran-prisi yarışları ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət istiqamətinə edilən dəyişiklik ləğv edilib.

Bakı Nəqliyyat Agentliyi bildirir ki, şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan, artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

Bu il iyunun 23-dən 25-nə kimi Bakıda «Formula-1» yarışları keçirilib. Bu yarışlarla əlaqədar 18 marşrutun hərəkət istiqaməti dəyişdirilmişdi. Söhbət şəhərin mərkəzi küçələrindən keçən marşrutlardan gedir.

Bakıda «Formula-1» Azərbaycan Qran-prisi yarışları ardıcıl 2 ildir keçirilir. Bu yarışlar daha 3 il Bakıda təşkil edilməlidir.

Ölkə rəsmilərinin bildirməsinə görə, əks halda Azərbaycanı 50 milyon dollar cərimə gözləyir. Çünki bu təşkilat komitəsi ilə əvvəlcədən razılaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG