Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:55

Senator Səudiyyəyə silah satışına blok qoyacaq


Bob Corker

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri iyunun 26-da deyib ki, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri Qətərlə mübahisəni həll etməyincə, onlara silah satışını əngəlləyəcək.

ABŞ prezidenti Donald Trump bu yaxınlarda Səudiyyəyə 110 milyard dollarlıq silah satışıyla bağlı razılaşma imzalayıb. Qətər daxil olmaqla, digər Körfəz ölkələriylə də silah sazişləri var. Ancaq həmin sazişlərin tamamlanması üçün Konqres komitələri sədrlərinin təsdiqi lazımdır.

Respublikaçı senator Bob Corker dövlət katibi Rex Tillerson-a məktubunda yazıb ki, planlaşdırılan silah sazişlərini təsdiqləməyəcək, çünki regiondakı son mübahisələr «İslam Dövləti» qruplaşmasıya mübarizə və İranın qarşısında durmaq cəhdlərinə yalnız ziyan vurur.

Senatorun sözlərinə görə, ötən ay Trump-la sammitdə terrorçuluqla mübarizədə cəhdləri birləşdirməyə razılaşandan sonra Körfəz ölkələri münaqişəyə girməyi seçdilər.

Körfəz Əməkdaşlıq Şurasının üzvləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətəri blokadaya alıblar, onun terrorçuluğu dəstəklədiyini deyirlər. Küveyt və Oman isə münaqişədə tərəf tutmayıblar, vasitəçiliyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG