Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:14

İyunun 24-də hərbi parada hazırlaşan T-72-i tankı Minskin mərkəzində, Nezavisimost prospektində qəza törədib. Məşqə tələsən tank yoldan çıxıb və işıq dirəyini yıxıb.

Bu hadisə sosial mediada böyük narazılıq doğurub. Adamlar paytaxtın mərkəzində hərbi parad keçirməyi dayandırmağa çağırırlar.

Azadlıq Radiosunun Belarus xidməti müdafiə nazirliyindən insidentlə bağlı fikir öyrənmək istəyib, ancaq nazirliyin telefonları cavab vermir. Nazirliyin saytında isə insidentlə bağlı məlumat yoxdur.

42 TONLUQ TANK EVİ DƏ DAĞIDAR

Hərbi ekspert Aleksandr Alesin deyir ki, “bu sürətlə gedən 42 tonluq tank evi də dağıda bilərdi.O istisna etmir ki, texniki nasazlıq olub, ancaq diqqəti ona çəkir ki,yol yaşdır, sürət isə böyükdür, ola bilsin, bunu nəzərə almayıblar.T-72 tankını sürmək onsuz da böyük fiziki güc tələb edir.”

Ancaq suallar təkcə tanki sürənə deyil. Bu tələskənliyə səbəb nədir? Belə məşqlərdə çox sıx qrafik düzəlir, hər dəqiqə hesabdadır. Ola bilsin, qəza törədən tank və onun ardınca gələn qrafikdən geri qalırmış. Ona görə tələsirlərmiş.

Bundan başqa, səkidə heç bir işarə qoyulmayıb ki, yoldan tanklar keçir. 2 il qabaq – yenə məşq dövründə şəhərin mərkəzində başqa qəza olmuşdu. O vaxt tank tüstülənməyə başlamışdı.

Sual yaranır ki, bəlkə hərbi paradları ümumiyyətlə, ləğv eləmək lazımdır?

Ekspert Alesin deyir ki, “hakimiyyət ordunun olduğunu paradla sübut etmək istəyir. Hərbçilər öz hissələrində, texnika anbarlarda olanda vətəndaşlar düşünə bilərlər ki, ordu yoxdur, ölkə müdafiəsizdir. Ona görə də hakimiyyət və ordu belə nümayişlərlə sübut edir ki, pul havayı xərclənmir.”

Ekspertin fikrincə, o biri tərəfdən, həqiqi müharibədənsə, belə təbliğat-informasiya şousu daha yaxşıdır.

O həmçinin deyir ki, xaricilərin də bu paradlara marağı böyükdür. İyulun 3-dəki parada Yaponiyanın hərbi attaşesi gələcəyini bildirib. Fransanın hərbi ataşesi də paradda olacaq.

GÖZƏ KÜL ÜFÜRMƏK

Belarus parlamentinin keçmiş sədri Mechislav Grib isə Azadlıq Radiosunun Belarus xidmətinə çox kəskin danışıb:“ gözə kül üfürməknə qədər davam edəcək? Biz kimi qorxuduruq? Kimə sübut etmək istəyirik ki, biz güclüyük?”.

“Belə gözə kül üfürmək nəinki lazımsızdır, hətta belə görünür ki, həm də təhlükəlidir. Parada köhnə texnika da cəlb olunur. Risk artır. Tankların dalınca təyyarələr , vertolyotlar da uçmağa başlasa, onda nə olacaq?”

Grib deyir ki, “müdafiə naziri yola vurulan zərərin müdafiə nazirliyinin büdcəsindən ödənəcəyini bildirir. Ancaq bu büdcə də xalqın puludur.”

Grib bildirir ki, o, dövlət başçısı olsaydı, iyulun 3-nü- Belarusun alman faşizmindən azad olunduğu günü tank, raket nümayiş edilən səhnələşdirilmiş paradla yox, adamların ənənəvi kütləvi gəzintisi, idman tədbirləri ilə qeyd edərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG