Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Silahlı Qüvvələrdə 'Açıq qapı' günü keçirilir


Müdafiə Nazirliyi

Bu gün, iyunun 26-sı saat 11.00-da Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı» təşkil olunur.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış ola bilərlər.

«Onlara xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı yaradılıb.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunur. Onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək», məlumatda vurğulanır.

Bu gün, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələrin yarama günü qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG