Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:21

Atəşkəslə bağlı 26 iyun açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 155 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili və Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqelərinin vurulduğu açıqlanıb.

Eyni zamanda, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu bildirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG