Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:12

Azərbaycanda Ramazan bayramı qeyd olunur


Bakıda bayram namazı. 2015

İyunun 26-sı və 27-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında bildirilirdi ki, Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Ancaq bir sıra müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı dünən iyunun 25-i qeyd edilib.

İslamda müqəddəs sayılan Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayıb. Bu ayda mömin insanlar oruc tutur.

Qazilər Şurasının fətvasına görə, imkanı olan müsəlmanlar bayram namazına qədər fitrə-zəkat verməlidirlər. Müasir dəyərlə bu, hər bir ailə üzvündən ötrü 5-10 manat təşkil edir. Bu gün, iyunun 26-sı bayram namazları «Əjdərbəy» məscidində saat 8-də, «Təzəpir» məscidində isə saat 9-da qılınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG