Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:08

'Qətər qonşuların tələblərini nəzərdən keçirir'


Rex Tillerson

Qətər bu ayın əvvəlində qonşularıyla yaranmış diplomatik mübahisəni bitirməkdəm ötrü qoyulmuş tələbləri nəzərdən keçirir.

Bunu ABŞ-ın dövlət katibi Rex Tillerson deyir.

«Qətər Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin irəli sürdüyü xahişləri diqqətlə nəzərdən keçirir», – Tillerson iyunun 25-də verdiyi bəyanatda deyib.

İyunun 22-də dörd ölkə Qətərə Küveytin vasitəçiliyi ilə 13 tələb irəli sürüb. Tələblərdən biri «Al-Jazeera» televiziyasının bağlanmasıdır. Tələbləri qəbul etməyə Doha-ya 10 gün vaxt verilib.

«Elementlərin bəziləri Qətər üçün xeyli çətin ola bilər. Ancaq həllə aparacaq dialoqdan ötrü baza yaradacaq vacib sahələr var», – Tillerson bəyanatında deyib.

ABŞ dövlət katibi onu da vurğulayıb ki, Qətərlə dörd ərəb ölkəsi birlikdə oturub problemin həllinə nail olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG