Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:38

Raqqa yaxınlığında daha bir bölgə tutulub


Raqqa

ABŞ-ın dəstəklədiyi ərəb-kürd koalisiyası Suriyanın Raqqa şəhəri yaxınlığında əl-Kadisiya bölgəsini ələ keçirib. Raqqa «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının mərkəzi sayılır.

Suriya Demokratik Qüvvələri (SDF) Raqqanın qərbindəki əl-Kadisiyanı üç günlük ağır döyüşlərdən sonra ələ keçirə bilib.

SDF iyunun əvvəlində Raqqaya hücum kampaniyasına başlayıb.

Bu arada İŞİD-in İraqdakı paytaxtı Mosula qarşı əməliyyatlar da güclənib.

Raqqa və Mosulu itirmək İŞİD-ə qarşı mübarizədə böyük qələbə sayılır. İŞİD 2014-cü ildə İraq və Suriyada böyük ərazilər ələ keçirib.

XS
SM
MD
LG