Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:10

Iranda "İslam dövləti" qru ilə əlbir olmaqda şübhəli bilinən azı 50 nəfər həbs edilib


Foto arxiv

Iranda terrorçu qruplarla əlbir olmaqda şübhəli bilinən azı 50 nəfər həbs edilib.

Bu barədə Azadlıq Radiosu iyunun 25-də ölkə prokurorluğuna istinadla məlumat yayıb.
Xatırladaq ki, iyunun 7-də Tehranda İran parlamenti və İran İslam Respublikasının banisi Ayatollah Khomeyninin məqbərəsinə edilmiş hücumlarda 10-dan çox adam ölüb.

Bu hücumlara görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Həbslər ölkənin qərbindəki Kirmənşah əyalətində aparılıb.

Əyalət prokuroru Nemət Sadeqinin sözlərinə görə, axtarış zamanı xeyli partlayıcı kəmər, elektron partlayıcılar və silah aşkar edilib.

Yerli mediya iyunun 24-də İran kəşfiyyatına istinadla “İslam dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən bir qrup adamın tutulması barədə məlumat vermişdilər.

Amma hesabatda onların dəqiq sayı və həbslərin aparıldığı yerlər barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG