Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:10

AzadlıqRadiosunun “İZ” proqramında bu həftə 1914-cü ildə yaranan vəistər bütövlükdə Azərbaycanın, istərsə cümhuriyyətin hərb tarixində önəmli yer tutan “Tatar Atlı Alayı”ndan söz açılır.

O zamanlar adı dillərdə gəzən bu alay I Dünya Müharibəsində, əsasən, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olub.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Cümhuriyyəti elan olunanda, binanın həyətində cümhuriyyətçiləri bu alay qoruyub.

Milli ordu yarananda da, onun təməlini bu alay təşkil edib.

– İstər yerli, istərsə də xarici tarixşünaslıqda bu alayın yaradılması və fəaliyyəti indiyədək niyə öyrənilməyib?

– “Tatar alayı” adı hardan qaynaqlanır?

– Alayda kimlər xidmət edirdi? Onların müsəlman olması şərt idimi?

– Döyüşçülər nə geyinir, nə yeyir, onların haqqında nə danışır və onlardan nə gözləyirdilər?

– Bu alayda igidlik göstərən hansı döyüşçülərin adı tarixə düşüb?

– Şair Məhəmməd Hadi alaymollasına necə çevrildi?

– Və nəhayət, Rus-bolşevik inqilabı və Azərbaycan Cümhuriyyətinin yaranması alayın taleyinə necə təsir göstərdi?

Yarım saat boyunca dinləyəcəyiniz proqramda həmin suallar cavabını tapacaq.

İz”in bələdçisi tarixçi alim, Milli Tarix Muzeyinin əməkdaşı “Tatar atlı alayı” barədə kitab yazan Səbuhi Əhmədovdur.

İyunun 25-də saat 23-də “iz”ə düşün, Azərbaycan hərb tarixininn ən şanlı səhiflərindən birini birgə vərəqləyək!

İlk dəfə eşidəcəksiniz

Verilişdə indiyədək eşitmədiyiniz 3 sürprizlə qarşılacaqsınız.

Birini indidən deyirik: çar Nikolayın qardaşı Mixail Aleksandroviçin “Tatar alayı”nın qatıldığı Qafqaz Yerli Atlı Diviziya”nın komandiri olması, milli hərbi paltar (milli köynək-qara, çəpkən, üstündən çuxa, qara Buxara papaq, qırmızı paqon) geyinməsi, döyüşçülərin də onu könüldən qəbul etməsidir.

Səbəb?

Çarın qardaşı şərab içmirmiş!!!

Bu “İz”dən çıxmayın.

Gözlə
Embed

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG