Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:31

“Formula-1”–inaçılış mərasimi başlayıb


Bakıda Formula-1 yarışı

İyunun 25-də “Formula-1” üzrə dünya çempionatının yeddinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, Azadlıq meydanında karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan xalqının simvolları nümayiş etdirilir.

Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur.

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci - Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.

Dünən, iyunun 24-ü“Formula-1” üzrə Azərbaycan Qran-prisininsərbəst yürüşləri keçirilib. 10 komandanın 20 pilotun qatıldığı yarışın qalibi “Mercedes” komandasından Valterri Bottas olub.

O, 1:42:742 dəqiqəlik göstərici ilə rəqiblərini qabaqlayıb.

İyunun 23-də keçirilmişsərbəst yürüşdə isə "Red Bull"un Hollandiyadan olan pilotu Maks Ferstappen 1:43.362 dəqiqəlik nəticə ilə birinci olmuşdu.

«Formula-1» üzrə Azərbaycan «Qran-pri»siiyunun 23-ü start götürüb.

Azərbaycan 2016-cı ildən «Formula-1» «Qran-pri» yarışlarını təşkil edir. Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları təşkil etməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əks halda, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il habelə, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu ilin dövlət büdcəsindən beynəlxalq idman yarışlarının təşkilinə 317 milyon manat ayrıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG