Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:16

Deputat: "Jirkovun ağzının üstündə yaxşı yumruq yeri var"


Yuri Zhirkov

Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya futbol ittifaqı icraçı komitəsinin üzvü İqor Lebedev hesab edir ki, Rusiya futbol millsinin futbolçusu Yuriy Jirkovun ağızının üstündə yaxşı yumruq yeri vardı.

RİA Novosti-nin məlumatına görə, o bunu, Jirkovun Meksika millisi ilə oyunda 2 sarı vərəqə almasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Rusiya millisi iyunun 24-də konfederasiya kuboku uğrunda Kazanda keçirilən yarışda Meksika millisinə 1:2 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşıb.

Jirkov oyunun 68-ci dəqiqəsində ikinci sarı vərəqə aldığına görə meydandan çıxarılıb.

Oyunun 25-ci dəqiqəsində hesabı Rusiya millisinin oyunçusu Aleksandr Səmədov açsa da ruslar üstünlüyü sonadək qoruya bilməyiblər.

Meksika 30 və 52-ci dəqiqələrdə fərqlənərək görüşün qalibi olub.

“Jirkov zəngin təcrübəyə malik olan bir insan kimi, belə bir oyunda iki sarı vərəqə almamalıdır. Kişi kimi, soyunub-geyinmə otağında onun ağız-burnunu əzmək lazım idi. O , komandanı darda qoydu, belə olmaz. Hər iki sarı vərəqə oyun vəziyyətində yox, onun qeyri-idmani, qeyri-peşəkar hərəkətinə görə verildi. Özünü ələ al. Sən qapıçı Akinfeevlə yanaşı, yaşa və beynəlxalq oyunların sayına görə Rusiya millisinin ən təcrübəli oyunçularından birisən”,Lebedev deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG