Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 14:05

Qətərlə razılaşmadan ötrü çağırış olundu


BƏƏ-nin xarici işlər naziri Anwar Gargash, 7 iyun, 2017

Qətərlə Körfəz qonşuları arasında mübahisənin bitməsindən ötrü potensial razılaşmaya “təminat” verilməlidir. Bu təminatın alınmasında Birləşmiş Ştatların və Avropa Birliyinin müşahidəçiləri lazım olacaq. Belə bir çağırışlar Birləşmiş Ərəb Əmirlikləri rəsmisi çıxış edib.

İyunun 5-dən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir Qətərlə əlaqələri kəsib, onu ekstremizmi dəstəkləməkdə suçlayıb.

Doha bu ittihamı rədd edir.

Buna da bax:​ Türkiyə Qətərdəki bazanın bağlanmasına dair Səudiyyənin tələbini rədd edib

BƏƏ-nin xarici işlər naziri Anwar Gargash iyunun 24-də deyib ki, mübahisə “diplomatiya yoluyla həll oluna bilər, əgər Qətər ekstremizm və terrorçuluğa dəstəyini dayandırarsa”.

“Biz Avropanın vasitəçiliyini istəmirik, avropalıların vasitəçi olmaq istədiyini düşünmürəm. Onların rolu Qətərə təzyiq göstərməkdən ibarət olmalıdır”, – Gargash deyib.

İyunun 22-də Qətərlə əlaqələri kəsmiş 4 ölkə Dohaya Küveyt vasitəsilə 13 tələb göndəriblər. Tələblərdən biri Al-Jazeera televiziyasının bağlanmasıdır. Dohaya bu tələbləri qəbul etməyə 10 gün vaxt verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG