Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 12:07

Rusiya Meksikaya uduzub Konfederasiya Kubokundan kənarda qaldı


Tatarstan. Kazan, Futbol üzrə Konfederasiya Kuboku yarışları, iyun 2017

Rusiya yığmasının bu ölkədə keçirilən Konfederasiya Kubokunda uduzması yarışmanın gedişinə heç bir təsir göstərməyəcək. Bunu Rusiya rəsmiləri deyir.

İyunun 24-də Rusiya yığması Kazanda Meksika yığmasına 2-1 hesabıyla uduzub. Bununla da komanda iyulun 2-də Moskvada keçiriləcək final qarşılaşmasına çıxmaq şansını itirib.

“Heç bir nəticənin olmamağından çoxları kimi mən də məyusam”, – baş nazirin müavini Vitaly Mutko deyib. O, həm də Rusiya Futbol Birliyinin rəhbəridir.

Buna da bax:​ Rusiyada Konfederasiya Kuboku başlanır

“Bu futboldur, böyük oyundur. Həmişə istədiyin kimi getmir... Böyük futbol festivalına ev sahibliyi edirik və bunu dünya səviyyəli tədbir kimi keçirməkdə davam edəcəyik”, – Mutko sözlərinə əlavə edib.

Rusiya gələn il futbol üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək. Konfederasiya Kubokuna Rusiyanın həmin oyunlara hazırlıq sınağı kimi baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG