Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:25

“Formula-1”-də sərbəst yürüşlər keçirilib


Bakıda Formula-1 yarışı

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşləri başa çatıb. 10 komandanın 20 pilotun qatıldığı yarışın qalibi “Mercedes” komandasından Valterri Bottas olub.

O, 1:42:742 dəqiqəlik göstərici ilə rəqiblərini qabaqlayıb.

1 saat sürən yarışmada "Ferrari" komandasından Kimi Raykkonen ikinci olub. O, 1:42.837 dəqiqəlik nəticə göstərib.

“Mercedes” klubundan Luis Hamilton 1:43.158 dəqiqlək nəticə ilə üçüncü yeri tutub.

"Red Bull" və "Force İndia" komandasının pilotları 4 və 5-ci olublar.

"Red Bull" komandasının əvvəlki 2 sərbəst yürüşdə birinciliyi qazanmış pilotu Maks Ferstappen bu dəfə 6-cı yerlə kifayətlənib.

İyunun 23-də keçirilmiş ikinci sərbəst yürüşdə "Red Bull"un Hollandiyadan olan pilotu Maks Ferstappen 1:43.362 dəqiqəlik nəticə ilə birinci olmuşdu.

İkinciliyi "Mercedes" pilotu Valtteri Bottas, üçüncülüyü isə "Red Bull"dan Daniel Rikkardo qazanmışdı.

«Formula-1» üzrə Azərbaycan «Qran-pri»si dünən, iyunun 23-ü start götürüb.

Yarış ardıcıl olaraq ikinci ildir ki, Bakıda təşkil edilir.

Yarışmanın əsas hissəsi iyunun 25-də olacaq. Yarışda iştirak edən 10 komandanın ümumilikdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və «Azneft» dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Azərbaycan 2016-cı ildən «Formula-1» «Qran-pri» yarışlarını təşkil edir. Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları təşkil etməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əks halda, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il habelə, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu ilin dövlət büdcəsindən beynəlxalq idman yarışlarının təşkilinə 317 milyon manat ayrıldığı bildirilir.

Ölkənin müxalifət qüvvələri hesab edir ki, bu pullar aztəminatlı ailələrin və əhalinin yoxsul təbəqələrinin sosial ehtiyaclarına xərclənməlidir.

Hakimiyyət təmsilçiləri isə bildirirlər ki, belə yarışlar ölkənin dünyada müsbət imicini daha da gücləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG