Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

Ekspertə prokurorluqda xəbərdarlıq olundu


Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri üzrə ekspert, "Antikollektor" şirkətinin rəhbəri Əkrəm Həsənov dünən, iyunun 23-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Prokurorluğun ekspertə xəbərdarlıq etdiyi bildirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.

Məlumatda qeyd edilir ki, özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürür. Əmanətçilərə banklarda olan vəsaitlərini geri götürmklə bağlı çağırışlar edir.

Azərbaycanın baş prokurorluğu
Azərbaycanın baş prokurorluğu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin onu bu səbəbdən dəvət etdiyi bildirilir.

“Ona "Prokurorluq haqqında” Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib", mətbuat xidmətinin məlumatında vurğulanır.

Baş Prokurorluq əlavə edib ki, hazırda Ə.Həsənovun bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən əsassız fikir və məlumatları yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Ə.Həsənovisə Baş Prokurorluğa çağırılmasını əsassız hesab edir.

“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən döndüm. Ciddi bir şey yox idi. Guya 4 bank (“Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “Bank VTB”) məndən Palataya şikayət edib. Palata da həmin şikayətlər əsasında sözügedən İdarəyə. Tutaq ki, lap bu bankların nüfuzuna zərər vurmuşam, məhkəməyə versinlər də məni, korrupsiya əməli yoxdur axı burada", - Ə.Həsənov vurğulayıb.

“Amma dəvətə görə onlara təşəkkür etdim, çünki özüm elə bu idarəyə getmək istəyirdim. “Bank Standard"ın Kreditorlar Komitəsinin qərarı ilə Mərkəzi Bankın və Palatanın sözügedən bankı vaxtilə necə yoxlaması haqda araşdırmanın aparılması ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyik", -Ə.Həsənov yazıb.

Onun sözlərinə görə, prokurorluq əməkdaşları deyiblər ki, müraciəti göndərin. "Bir sözlə, danışdıq ki, gələn dəfə mən şikayətçi qismində qonaq gedəcəyəm", -Ə.Həsənov bildirib.

O həmçinin vurğulayıb ki, ötən ilin martında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı "Antikollektor"u bağlatdırmağa uğursuz cəhd edəndən sonra onunla görüşüb.

“ Rüfət Aslanlı mənə dedi: "Bilirəm ki, sən əqidəli adamsan, sənə hədə-qorxu gəlmək mümkün deyil, səni inandırmaq lazımdır. Bu gün prokurorluğa çağırıldıqdan sonra Rüfət Aslanlının nəzərinə çatdırıram ki, mən elə həmin Əkrəm Həsənovam və məqsəd məni qorxutmaq idisə, tam əks nəticəyə nail oldu... ", - Ə.Həsənov qeyd edib.

Buna da bax: 'Bəzi banklarda sahibkarın pulları mənimsənilə bilər'

Xatırlatma

Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

“Moodys” Beynəlxalq Reytinq Agentliyi isə bu ayAzərbaycanınsözü gedən bu 4 bankının- "Xalq Bank", "Bank Respublika", "VTB Bank" və "Bank of Baku"-nın reytinqini aşağı salıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG