Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:58

Pakistanda partlayışlarda azı 40 nəfər həlak olub


Pakistan növbəti bomba partlayışından sonra, 23 iyun 2017

Pakistan rəsmiləri bildirirlər ki, iki böyük şəhərdə törədilmiş üç partlayışda azı 40 nəfər ölüb, 100-dən çox yaralı var. Partlayışlar müqəddəs Ramazan ayının sonuncu cümə günündə törədilib.

Ölkənin cənub-qərbində yerləşən Bəlucistan vilayətinin paytaxtı Kvettada minik maşınına qoyulmuş bomba partladılıb, azı 13 nəfər həlak olub. Onların içində azı 5 polis əməkdaşı da var.

Buna da bax:​ Əfqanıstanda törədilən növbəti partlayışda azı 30 nəfər ölüb

Partlayışa görə məsuliyyəti Jamat-ul-Ahrar, həm də İslam Dövləti (İŞİD) qruplaşmaları üzərinə götürüb.

Kvetta partlayışından bir neçə saat sonra isə adamların gur olduğu bazarda iki partlayış törədilib, azı 27 nəfər ölüb, 80-dən çox yaralı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG