Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Londonda göydələnlərin təftişi başlayıb


London, Grenfell-də yanan hündürmərtəbəli bina

Londonda yerli şura təhlükəsizlik məqsədiylə hündürmərtəbəli binalardan 800 ailəni köçürüb. Qeyd edək ki, iyunun 14-də Grenfell çoxmərtəbəli binasında yanğından 79 nəfər həlak olub.

Bu arada Britaniyadakı minlərlə çoxmərtəbəli binanın sakinləri narahat olmağa başlayıblar.

Buna da bax:​ London göydələnində yanğın fəlakətinə üzlük səbəb olub

Camden Şurası köçürülmə barədə qərarı iyunun 23-də çıxarıb. Şuranın rəhbəri Georgia Gould deyib ki, Londonun şimalında Swiss Cottage deyilən ərazidə beş çoxmərtəbəli yaşayış binası boşaldılır. Təftişlər sakinlərin təhlükəsizliyin təmin olunmadığını üzə çıxarıb.

Şura sakinləri dostları və yaxınlarının evlərində qalmağa çağırıb, onlara müvəqqəti sığınacaq da veriləcəyini bildirib. 3-4 həftəyə təmir işlərinin yekunlaşması gözlənir.

“Grenfell yanğını hər şeyi dəyişir. Sakinlərin təhlükəsizliyindən ötrü bacardığımız hər şeyi etməliyik”, – Gould deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG