Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:01

Prezident İlham Əliyev iyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodunun açılışında iştirak edib.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövləti başçısına məlumat verib.

Bu sursatlar 700 metrədək məsafədə zirehli texnikanı və canlı qüvvəni məhv etmək qabiliyyətinə malikdir.

Dövlət başçısına həmçinin bildirilib ki, zavod 10 istehsal sahəsindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalından ötrü müəssisəyə 45 texnoloji avadanlıq alınaraq quraşdırılıb. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir. Bu da güc strukturlarının tələbatını ödəməyə imkan verməlidir.

+++

Prezident İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Ramil Usubov dövlət başçısına raport verib.

Prezidentə bildirilib ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8.5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin, hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var.

Prezident əsgər kazarmasında və yeməkxanasında da olub.

Sonra prezident Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub.

+++

Prezident İlham Əliyev bu gün, iyunun 23-də Şirvan şəhərinə gedib.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, dövlət başçısı İlham Əliyev keçmiş prezident Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsinə baş çəkib, önünə gül dəstəsi qoyub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG