Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:55

Birləşmiş Ştatlar iyunun 22-də bildirib ki, Ukraynanın şərqində rusiyapərəst separatçılar beynəlxalq müşahidəçilərə qarşı «zorakılıq və qısnama» kampaniyası aparır, məqsəd də onların atəşkəs pozuntuları barədə məlumat verməsini əngəlləməkdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, Vaşinqton bu durumdan «dərin narahatlıq» keçirir. O, separatçıları Rusiyanın idarə etdiyini, Rusiyanın maliyyələşdirdiyini və Rusiyanın təlim keçdiyini bildirib.

Nauert söyləyib ki, iyunun 20-də separatçılar ATƏT müşahidəçilərinin olduğu maşınlara atəş açıblar. Apreldə isə müşahidəçilərin maşını partlayışla üzləşmiş, bir amerikalı həkim dünyasını dəyişmişdi.

«Rusiyanı nüfuzundan istifadə edərək bu qorxutma kampaniyasına son verməyə, ATƏT müşahidəçilərinə azad, tam və təhlükəsizlik işləmək imkanı yaradılması öhdəliyinə əməl etməyə çağırırıq», – sözçü deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG