Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:05

Aksiyada tutulan köçkünlərin məhkəməsi başlayır


Cəbrayıl köçkünlərinin aksiyası. 22dek2016

Biləsuvar rayonun qəsəbələrində keçirilən etiraz aksiyasında saxlanan 5 məcbur köçkünün məhkəməsi başlayır. Sosial tələblərlə keçirən aksiyada tutulan məcburi köçkünlər Cəbrayıl rayon Məhkəməsində mühakimə olunacaqlar.

Bu barədə AzadlıqRadiosu-na təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, cinayət işi, hələ, ötən ayın sonunda məhkəməyə göndərilmişdi.

Buna da bax:​ Aksiyada tutulan məcburi köçkünlərin həbsi artırıldı

İş artıq icraata verilib. 5 etirazçı məcburi köçkünün işinə Cəbrayıl rayon Məhkəməsinin hakimi Təranə Hüseynova baxacaq.

İlk məhkəmə iclası iyunun 30-da keçiriləcək.

Biləsuvar rayonundakı qəsəbələrdə keçirilmiş aksiyaya görə məcburi köçkünlər Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov tutulub.

Onlar Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

İttihamlar təsdiqlənsə məcburi köçkünləri 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Buna da bax: Vəkil məhbus köçkünlərlə görüşə bilmir

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, qəsəbələrdə qaz olmadığından işıqların sönməsi qışda çıxılmaz durum yaradır. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Cəlal Quliyev, Zaur Feyruzlu Gülağa Əliməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daha sonra Ülvi Quliyevİlkin İsgəndərovun də həbs olunduğu bildirilirdi.

Buna da bax:​ Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]

Onlara CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilmişdi.

Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var. Üstəlik, onların bildirməsinə görə, rəsmi açıqlamada polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.

Adları çəkilən 5 nəfərin həbs müddəti bir neçə gün əvvəl iyun ayının əvvəlinə kimi artırılıb. Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG