Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:15

Əfqanıstanda törədilən növbəti partlayışda azı 30 nəfər ölüb


Əfqanıstanda partlayış

Əfqanıstanın cənubunda bankın girəcəyində törədilən partlayışda azı 30 nəfər ölüb, 50 nəfərsə yaralanıb.

Bu barədə iyunun 22-də Associated Press agentliyi xəbər verir.

Son vaxtlar Əfqanıstanda vəziyyətin getdikcə gərginləşdiyi müşahidə olunur.

Hazırda ölkədə “Taliban” hərəkatı və “İslam dövləti” qrupunun yaraqlıları fəaliyyət göstərir.

Son bir neçə ay ərzində Əfqanıstanda bir neçə terror aktı törədilib.

Təkcə mayın 31-də Kabilin mərkəzində törədilən güclü partlayışda 150-dən çox adam ölüb, 460-a yaxın adamsa yaralanıb.

Bu 2001-ci ildə “Taliban”ın devrilməsindən sonra ən qanlı terror aktıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG