Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:47

Mərkəzi Bank faiz endirdi


Mərkəzi Bank

Dünən, iyunun 21-i Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.

Mərkəzi Bank bildirir ki, iclasda bu il iyunun 22-dən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi dəyişməz saxlanıb.

Faiz dəhlizinin aşağı həddinin isə 12 faizdən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edilib.

İdarə Heyəti hesab edir ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub. İxracın artımı və idxalın azalması nəticəsində tədiyyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir.

Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir. İlin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq, uçot dərəcəsinin azaldılması imkanı qeyd edilir.

BU QƏRARI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Mərkəzi Bank bildirir ki, bu qərar qəbul edilərkən qeyri-neft sektorunda iqtisadi artım nəzərə alınıb. Habelə, xarici balans və məzənnə.

Verilən məlumata görə, son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib.

Açıqlamada vurğulanır ki, ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmi bərpa edilib.

Mərkəzi Bank bildirir ki, bu qərara təsir göstərən amillərdən biri də İnflyasiya prosesləridir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13.8 faiz təşkil edir.

Milli Bankın təhlillərinə görə, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir.

Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası bu il avqustun 1-də keçiriləcək.

Bu il martın 10-da AMB İdarə Heyəti uçot məsələsini yenidən müzakirə etmişdi. Ancaq Mərkəzi Bank uçot dərəcəsinin dəyişməmişdi.

Azərbaycan Mərkəzi Bankı (AMB) son dəfə ötən il sentyabrın 14-də likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12, yuxarı həddini 18, uçot dərəcəsini isə 15 faizə qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG