Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Hindistanla Pakistan əhali artımının önündə gedəcək


Hindistan

2050-ci ildə dünya əhalisinin sayı hazırkı 7.6 milyard nəfərdən 9.8 milyarda çatacaq, bu artımın düz yarısı Hindistan, Pakistan və daha 7 ölkənin payına düşəcək.

Bu haqda iyunun 21-də BMT açıqlama yayıb.

Əsas əhali artımı Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyanın payına düşür. Hazırda 1.3 milyard nəfərlə ikinci yeri tutan Hindistan yeddi il ərzində 1.4 milyardlıq Çindən önə çıxacaq.

Dünyanın, demək olar, hər yerində doğum səviyyəsi azalmaqdadır. Ancaq ən az inkişaf etmiş 47 ölkədə əks proses gedir ki, bu da 2010-2015-ci illərdə həmin ölkələrdə artıma səbəb olub.

Afrikanın 26 ölkəsində 2050-ci ilədək əhalinin azı iki dəfə artacağı gözlənir.

Əhalinin sürətlə artdığı Nigeriya Birləşmiş Ştatlardan önə çıxacaq. BMT belə deyir.

Ancaq ən yoxsul ölkələrdə əhali artımına yönələn diqqət gənclərin yetərincə qidalanması, müalicəsi, təhsili və digər ehtiyaclarının ödənməsini çətinləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG