Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:33

Uçot dərəcəsi 12 faizə endirilə bilər


Zakir Nuriyev

“Azərbaycan manatının məzənnəsinin bəlli bir səviyyədə qalması düzgün deyil. İqtisadiyyatda proseslər getdikcə manat daim öz yeni məzənnəsini tapacaq”.

Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Z.Nuriyev vurğulayıb ki, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, məsələn, turizmin, meyvəçiliyin qısa müddətdə məzənnəyə təsiri ola bilməz.

Buna da bax:​ ‘Dollar yenidən 1 manat 90 qəpiyə yüksələ bilər’ [icmal]

Bundan başqa, Z.Nuriyev hesab edir ki, Azərbaycanın maliyyə bazarında yaranmış müsbət meyllər uçot dərəcəsinin 12 faizə azaldılmasına şərait yaradır.

Azərbaycan Mərkəzi Bankı (AMB) son dəfə ötən il sentyabrın 14-də likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12, yuxarı həddini 18, uçot dərəcəsini isə 15 faizə qaldırıb.

Bu il martın 10-da AMB İdarə Heyəti uçot məsələsini yenidən müzakirə edib. Ancaq Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib.

Buna da bax: Təhlilçilər FED-in faiz artımının konkret təsirindən danışır [video]

Halbuki, son 3 ayda rəsmi məzənnəyə görə, manat bir xeyli möhkəmlənib. Bir dollar bir manat 90 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Bəzi ekspertlər isə deyir ki, əslində manatın möhkəmlənməsinin heç bir iqtisadi əsasları yoxdur. Manat sadəcə reallıqda inzibati yolla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG