Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:57

«Azərbaycan Hava Yolları» (AZAL) dünyanın ən yaxşı 100 aviaşirkəti sırasına daxildir. Britaniyanın «Skytrax» konsaltinq şirkətinin yeni açıqlanmış reytinq cədvəlində belə yazılır.

AZAL sıralamada 71-ci yerdədir. Ancaq 2016-cı ildə «Azərbaycan Hava Yolları» daha öndə, 70-ci yerdə idi.

MDB ölkələri arasında «Aeroflot» 30-cu (2016-cı ildə 40-cı), «Air Astana» 46-cı (2016-cı ildə 43-cı) yeri tutub.

«Qatar Airways» bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib və «World Airline Awards» mükafatı alıb.

İlk üçlüyü «Singapore Airlines» və Yaponiyanın «ANA All Nippon Airways» şirkətləri bağlayır. Azərbaycana uçan şirkətlərdən «Lufthansa» 7-ci, «Turkish Airlines» 12-ci yerdədir.

«World Airline» aviasənayedə ən prestijli mükafat sayılır. Onun verilməsindən ötrü 105 ölkədən 20 mln. sərnişinin rəyinin soruşulduğu deyilir.

Araşdırma 2016-cı ilin avqustundan 2017-ci ilin mayına kimi aparılıb.

AZAL-ın təyyarə parkı 25 hava gəmisindən ibarətdir. Onların sırasına iki «Boeing 787-Dreamliner», habelə «Boeing 767» və «Boeing 757» təyyarələri də daxildir.

Şirkət dünən, iyunun 20-də açıqlamışdı ki, dörd «Boeing 787-8 Dreamliner» təyyarəsi almağa hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG