Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 13:25

Naftalan rusiyalıların ən çox getdiyi yaxın xarici kurort, Bakı isə 2-ci şəhərdir


Naftalanda Qarabağ hoteli

Bakı bu yay Rusiyalıların ən çox səyahət etdiyi 2-ci xarici yaxın şəhərdir.

Bu barədə iyunun 21-də “TurSat” analitik agentliyi məlumat yayıb.

Birinci yerdə isə Qazaxıstanın paytaxtı Astana şəhəridir.

Ekspertlər bu qənaətə hotel və turizm səfərlərinin online-bron sistemini analiz etdikdən sonra gəliblər.

3-cü yerdə isə Belarusun paytaxtı Minsk şəhəridir.

Sonrakı yerlərdə Yerevan , Daşkənd, Alma-Atı, Kişinyov, Bişkek, Kiyev və Aşqabad gəlir.

Siyahıda yaşayış üçün ən bahalı şəhər də Astanadır.

Bu şəhərdə 1 nəfər üçün hotelin gecəsi orta hesabla 80 dollardır.

Ən ucuz şəhərsə Aşqabaddır.

Bu şəhərdə hotelin gecəsi orta hesabla 30 dollardır.

Mayın sonuna olan məlumata görə rusiyalıların ən çox getdiyi yaxın xarici kurort isə Naftalan sağlamlıq mərkəzidir.

Burda da üçlüyə Belarusla Qazaxıstan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG