Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:17

Neft kəskin ucuzlaşıb


Neft hasilatı

İyunun 20-də xam neftin qiyməti 2 faizədək ucuzlaşaraq, bu ilin ən aşağı səviyyəsinə enib. Səbəb Birləşmiş Ştatlar və digər yerlərdə hasilatın artırılmasıdır.

Nyu-York birjasında ABŞ xam nefti 2.2 faiz ucuzlaşıb və barreli 43.23 dollara bərabərləşib. Londonda isə «Brent» neftinin barreli 46.02 dollar olub.

İyunun 21-də Asiya bazarlarında da qiymətlər belə aşağı səviyyədə olub.

Ötən il neftin qiyməti əsasən 40-55 dollar arasında var-gəl edib. Ancaq Birləşmiş Ştatlar və başqa yerlərdə getdikcə daha çox neftin çıxarılması təklifin çoxalmasına səbəb olub.

Bu arada Rusiya və OPEC üzvləri hasilatı artırmırlar, dondurulmuş səviyyədə saxlayırlar.

Neftin ucuzlaşması iyunun 20-də qlobal səhm bazarlarına da təsirini göstərib. ABŞ, Avropa və Asiyada indekslər 0.6 faizdən 1 faizədək ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG