Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 07:17

Sanksiyalar layihəsi Nümayəndələr Palatasında 'ilişdi'


John McCain

ABŞ Senatının liderləri Nümayəndələr Palatasını Senatın Rusiya və İrana yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinə səs verməyə çağırıb. Belə ki, layihə iyunun 20-də palatada maneəylə üzləşib, palatanın respublikaçı rəhbərliyi sənədi baxılmaqdan ötrü xarici əlaqələr komitəsinə göndərib.

Senat həmin layihəni 98-2 səs çoxluğuyla qəbul etmişdi.

Senatın silahlı xidmətlər komitəsinin sədri John McCain deyib ki, palata bu layihəni mümkün qədər tez səsverməyə çıxarmalıdır. Sanksiyalar Rusiyanın ötənilki seçkilərə iddia olunan müdaxiləsi səbəbindən qoyulur.

«Hamımız bilirik ki, rusiyalılar seçkimizə müdaxilə etməyə çalışıblar. Altı ay keçib, heç nə etməmişik», – McCain deyib.

Rusiya ittihamları rədd edir.

Nümayəndələr Palatasının rəhbərliyi onu da bildirib ki, palata üzvü layihədə problem aşkarlayıb. Sənədin ABŞ Konstitusiyasını pozduğunu üzə çıxarıb. Belə ki, hökumətə gəlir gətirə biləcək istənilən qanunvericilik təşəbbüsü palatadan gəlməlidir.

Demokratların fikrincə, respublikaçıların bu prosedur məsələsini qaldırmaqda məqsədi prezident Donald Trump-a sədaqət sərgiləyərək qanun layihəsini önləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG